!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbi Azərbaycan İcması Ermənistanın keçmiş nazirinə cavab verib

!Reklam – Yazi

Qərbi Azərbaycan İcması Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyana cavab bəyanatı yayıb.

Yenicag.az xəbər verir ki, bəyanatda deyilir:

“Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan bir-birini əvəz edən gülünc açıqlamalar verir. Daşnak və irqçi düşüncəli V.Oskanyan reallıqlardan tamamilə uzaq düşüb və özünün uydurduğu paralel dünyada gün keçirməklə məşğuldur. Belə qeyri-ciddi adamın uzun müddət xarici işlər naziri olması Ermənistanın nə üçün uğursuz dövlət olmasını çox yaxşı izah edir.

V.Oskanyan da ATƏT-in sabiq Minsk Qrupu, Tomas de Vaal kimi artıq keçmişdir”.
Ermənistanın sabiq xarici işlər naziri Vardan Oskanyan “Facebook”da videomüraciət zamanı yenidən Azərbaycanın daxili işlərinə qarışmaqdan əl çəkməyərək, Ermənistanın indiki hakimiyyətini gələcək sülh müqaviləsində Qarabağ barədə heç bir maddənin olmamasında ittiham edib.

 

COP29

www.yenicag.az

234
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv