!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qərbin “helikopter” narahatçılığının səbəbləri – Şərh

!Reklam – Yazi

akkff

Aydın Ağayev: “Dünyada mövcud olan belə bir reaksiyanın xarakteri bizə bəllidir”

Akif Nağı: “Bu həmin qurumların ikiüzlü və ikili standart siyasəti yeritmələrinin bariz nümunəsidir”

Dağlıq Qarabağ ərazisində qanunsuz olaraq hava uçuşu edən Ermənistana məxsus hərbi helikopterin vurulması hadisəsi nədənsə bəzi beynəlxalq dairələr tərəfindən həssaslıqla qarşılanıb. Onlar başqa bir ölkəyə məxsus hərbi helikopterin digər ölkənin ərazisində qanunsuz olaraq uçuşuna göz yumaraq, nədənsə helokopter məsələsində baş verən hadisədən əndişələndiklərini nümayiş etdirirlər. Həmin qüvvələr  bu ərəfədə Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağ ərazisinə qanunsuz olaraq gəlməsinə isə nədənsə hər hansı bir reaksiya göstərmir.  Halbuki, Sarkisyan başqa bir dövlətin icazəsi olmadan onun ərazisinə daxil olub.

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev belə yanaşmanın səbəbləri barədə Yenicag.az saytına açıqlamasında bildirdi ki, problemə yanaşmada mövcud olan bu münasibət ikili standartlardan doğur: “Dünyada mövcud olan belə bir reaksiyanın xarakteri bizə bəllidir. Qanunsuz olaraq Azərbaycan səmasında ucan helikopterin vurulması hadisəsinə həmin xarici münasibət bizi qane etmədi, edə də bilməz. Bizi qane etməyən bu münasibət bütövlükdə problemə münasibətdə ölkəmizi razı salmayan, barışmadığımız yanaşmanın mahiyyətindən doğur. Bu kimi  hallar dünən və ya sırağagün belə olmayıb. İllər boyu həmişə belə bir münasibətin şahidi olmuşuq. Həmişə də buna narazılığımızı bildirmişik. Adına da ikili standart demişik, indi də həmin münasibətdir ki, rastlaşmışıq. Helikopterin vurulması faktına münasibət bildirən həmin dairələr niyə onu demir ki, o harda vurulub? Nə üçün Azərbaycanın daxili ərazisində təmas xətti qurulub, cəbhə xətti yaranıb?  Hansı dövlət bununla barışar? Azərbaycan məcbur olub öz ərazisində daxilində özünü müdafiə edir, erməni gəlib bizimlə üz-üzə durub.  Niyə buna münasibət bildirmir, niyə bu faktı görmür və ya görmək istəmirlər? Bunlar bizə aydındır. Azərbaycanın tələbi də tutduğu mövqeyilə əsaslandırılır. O da ondan ibarətdir ki, Azərbaycan ərazisində olan xarici dövlətə məxsus ordu, hərbi qüvvə mütləq və mütləq çıxmalıdır.  Azərbaycanda bir nəfər də olsun xarici erməni əsgəri qalmamalıdır. Ölkəmizi razı salmayan yanaşmanın müəllifləri, onu səsləndirənlər niyə bu məsələni diqqətə almırlar? İndiyə kimi nə baş veribsə, elə bil ki, onu reallıq kimi qəbul edirlər. Biz isə onu qəbul edə bilmərik. Sanki bu hadisə Azərbaycanla Ermənistanın dünya tərəfindən qəbul olunan sərhədlərində baş verib.  Azərbaycan öz ərazisi daxilində məcbur olub bunu edib. Bununla da onlara göstərmişik ki, mövcud vəziyyətlə, ermənilərin  hər gün etdikləri bu kimi provokasiyalarla barışmayacağıq. Ona görə də bu iradə nümayiş etdirildi. Bunun da nəticəsini qoy birinci ermənilər çıxarsın. İkinci isə onlara himayədarlıq göstərən beynəlxalq təşkilatlar, xarici dövlətlər bu nəticəni çıxarsınlar. Azərbaycanı hər an müharibə təhlükəsilə qorxudurlar.  Azərbaycan nə etməlidir? Sülh danışıqları olmalıdır deyirlər, buna gedirik, amma nəticəsi yoxdur. Hamı da bilir ki, nəticə nəyə görə yoxdur. İllərlə oturub gözləyən deyilik ki, haçansa nəsə olacaq. Azərbaycan öz ərazisi, suverenliyini müdafiə etməyə qadir olmalıdır və qadirdir. Bu məqam ümumi problemə münasibətdə olan yanaşmanın mahiyyətindən irəli doğan və ölkəmizi qətiyyən qane etməyən, heç zaman da qane etməyəcək yanaşmadır. Bu yanaşma o halda dəyişə bilər ki,  beynəlxalq aləmdə desinlər ki, Azərbaycan ərazisinin bir hissəsində olanlar işğalçı qoşunlardır və ölkəmizin suverenliyini pozublar. Azərbaycan məcbur olub beynəlxalq aləm tərəfindən tanınan öz ərazisində özünü müdafiə edir.  Belə münasibət olarsa, bu kimi suallar da üzə çıxmaz”.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı da məsələnin kökündə ikili standart yanaşmasının dayandığını söylədi: “Hazırda biz beynəlxalq güclərin Dağlıq Qarabağ münaqişəsinə münasibətdə sərgilədikləri ikili standartlara etiraz olaraq, habelə əsir və girovlarımızın geri qaytarılması tələbilə bağlı aclıq aksiyası keçiririk.  Beynəlxalq təşkilatların helikopterin vurulmasına həssa yanaşması, amma ermənilərin hər gün atəşkəsi pozması faktlarına münasibətdə reaksiya nümayiş etdirməmələri həmin qurumların ikiüzlü və ikili standart siyasət yeritmələrinin bariz nümunəsidir. Onlar heç bir reaksiya vermək istəmirlər ki, hansı haqla, hüquq və məntiqlə Ermənistanın terrorçu prezidenti və müdafiə naziri heç nə olmamış kimi Dağlıq Qarabağa gəlib burada görüş və müşavirə keçirir. Buna nə ad vermək olar. Bu məsələdə beynəlxalq təşkilatlar artıq o dərəcədə ikiüzlü mövqe tutublar ki, özlərinə də deməyə artıq bir söz yoxdur. Azərbaycan tərəfindən dəfələrlə müraciət olunub ki, bunun qarşısı alınsın. Amma heç bir reaksiya verilmir. Neçə ola bilər ki, ermənilər Dağlıq Qarabağ ərazisinə öz əraziləri kimi gəlib getsinlər? Hesab edirəm ki, beynəlxalq təşkilatlar ikili standart mövqeyindədir və artıq onların bu mövqeyinə fikir vermək lazım deyil. Belə hərəkətlərilə həmin beynəlxalq qurumlar Azərbaycan cəmiyyətini son addım atmaq səviyyəsinə gətirib çıxarıblar”.

Rüfət

www.yenicag.az

716
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv