Qətər Əmiri Trampın dəvətini rədd edib

media-hightechnic-468x90

Qətər əmiri şeyx Təmim bin Həməd əl-Tani ABŞ prezidenti Donald Trampın Vaşinqtona dəvətini rədd edib.

Yenicag.az-ın “Trend”-ə istinadən verdiyi məlumatına görə, Əmir Qətərin blokadada olduğu müddət ərzində ölkəni tərk etməyi planlaşdırmadığını bəyan edib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya, Maldiv, Qəmər adaları və Mavrikiy də qoşulub.

Yenicag.az

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa