Qətərin yeni səfiri

media-hightechnic-468x90

87209Qətər Dövlətinin Azərbaycanda yeni təyin olunmuş səfiri Səyar Rəhman Əl-Mavdah etimadnaməsinin surətini Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.
Yenicag qafqazinfo-ya istinadən bildirir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub, qarşılıqlı səfərlərin və biznes dairələrinin təmaslarının artırılmasının vacibliyi vurğulanıb.

Səfir Səyar Rəhman Əl-Mavdah ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. O, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Elmar Məmmədyarov yeni səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600