Qətlə yetirilən Aytacın qohumları prokurorluq binası qarşısından aksiya keçirib

media-hightechnic-468x90

a875e58d-3e1d-4ba0-95c6-c549db0222bf_292Bakıda qətlə yetirilmiş 11-ci sinif şagirdi Babayeva Aytac Nazim qızının qohumları və tanışları Nizami rayon Prokurorluğunun inzibati binasının qarşısında etiraz aksiyası keçirib.

Yenicag.az report.az-a istinadən xəbər verir ki, polis əməkdaşları dinc keçirilən aksiyaya nəzarət edib.
Aksiya iştirakçıları cinayəti törətməkdə şübhəli bilinən İzzət Hüseynova ən ağır – ömürlük həbs cəzası verilməsini istəyir. Onlar, həmçinin KİV-də və sosial şəbəkələrdə A.Babayeva haqqında bəzi mənfi məlumatların yayılmasına etiraz edib.

Qeyd edək ki, qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Nizami rayon Məhkəməsinin qərarı ilə cinayəti törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Hüseynov İzzət Natiq oğlu 3 ay istintaq dövrü müddətində həbs edilib. O, ifadəsi zamanı A.Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: “Dörd ay on iki gün idi ki, ayrılmışdıq. Qala bilmirdim onsuz. İstəyirdim özümü onun yanında öldürüm ki, inansın mənə. Axırıncı dəfə görüşəndə özümü öldürəcəkdim, yanıma gəldi, qoymurdu bunu edim. Məndən ayrılmağı əsəblərimi korlamışdı, mən də vurdum onu. Onu bıçaqlayanda bıçaq qırıldı, yoxsa sonra özümü də öldürəcəkdim. Sonra oturdum yanında, başladım ağlamağa. Kaş onun yerinə mən ölərdim”.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600