Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qeyri-adi tapıntı: Qədim insanda xərçəng xəstəliyi – VİDEO

Nərgizava nekropolunda aparılan arxeoloji tədqiqatlar yeni faktlar ortaya çıxarıb. 2, 3 və 4-cü əsrlərə aid qədim insanlarda xərçəng xəstəliyi aşkarlanıb.

Yenicag.az xəbər verir ki, Ağsunun Gəgəli kəndindəki Nərgizava nekropolunda, 70 kvadratmetr ərazidə aparılan yeni arxeoloji kəşfiyyat qazıntısı zamanı xərçəng xəstəliyinin izinə rast gəlinib.

Antropoloq Vüsal Həsənov bildirib ki: “Sümüklərdə xəstəliklərin izləri aşkar olunmuşdu. Məsələn, bir insana aid bud sümüyündə ostisakoma deyilən sümük xərçəngi aşkar olunmuşdu. Biz demək olar ki, bu materialları həm insanlara həm də heyvanalara aid skelet materialları arxelogiya-etnoqrafiya inistutunun laboratoriyasına götürəcəyik”.

Gəgəli kənd sakini Sahib Mirzəyevin həyətyanı sahəsində yerin 40 sm dərinliyindən başlayaraq çıxan qarışıq materiallar və insan skeletləri əraziyə yaxın yerdə qədim insan məskəninin olduğunu da ehtimal edir.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli isə məsələ ilə bağlı bildirib: “Yaşayış yeri bu qəbiristanlıqdan nisbətən cənub ərazidədir. Yaşayış yerinin aşkar olunması Nərgizava abidəsinin əhəmiyyətinin artıracaq”

Akademik Vəli Əliyev: “Nekropola yaxın bir yerdə hardasa yaşayış yeri tapılmalıdır. Və onda bu dəyərli abidənin Azərbaycan tarixinə, Şirvan tarixinə yeni səhifələr yazmağa imkan verəcək”.

Tarixçi alimlərin sözlərinə görə, Nərgizavada arxeoloji tədqiqatlar davam etdirildikcə, başqa sirlər də üzə çıxacaq.

www.yenicag.az

3182
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100