“2018-ci ildə Azərbaycanda inkişaf 2% olacaq. Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5 – 4% arasında dəyişə bilər”.
Yenicag.az xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun Azərbaycana səfər edən missiyasının rəhbəri Məhəmməd Əl Qorçi deyib. Onun sözlərinə görə, Azərbaycanda birrəqəmli inflyasiya gözlənilir. Əl Qorçi onu da bildirib ki, gələn il Azərbaycanın qeyri-neft sektorunda 4%-lik inkişaf olacaq:
“Yeni qaz layihəsinin işə düşməsi ilə bu rəqəm orta müddətdə 3,5-4% arasında dəyişə bilər. Görülən tədbirlər nəticəsində 2018-ci ildə inflyasiya 7%-ə düşəcək. Bank sektorunda isə risklər hələ də tam aradan qaldırılmayıb. 2018-ci ildə fiscal ödəmələr bir qədər də artacaq. Neft qiymətlərinin yüksək olması bunun neqativ təsirlərinin azalmasına kömək edə bilər.
Ölkədə həyata keçirilən makroiqtisadi siyasət nəticəsində iqtisadiyyatda stabilləşmə yaranıb. Qeyri-neft, o cümlədən kənd təsərrüfatı sahəsi daha da genişlənib. Görülən tədbirlərə baxmayaraq, hələ də inflyasiya yüksək həddədir. 2017-ci il üçün 0,3%-lik ÜDM, 13%-lik inflyasiya gözləyirik”.
www.yenicag.az