Qeysər Navab: “Əgər Hindistan növbəti təxribatlara əl atarsa, cavabımız daha sərt olacaq!”

media-hightechnic-468x90

Dayanıqlı İnkişaf üçün “Kəmər və Yol” Təşəbbüsünün (BRISD) sədri Qeysər Navab Hindistanın Pakistanın yaşayış məntəqələrinə qarşı həyata keçirdiyi son hərbi təcavüzü sərt şəkildə pisləyib.

Yenicag.az xəbər verir ki, o, beynəlxalq ictimaiyyəti bu təcavüzə dərhal və qəti reaksiya verməyə çağırıb.

Q. Navab Hindistan ordusunun Muridke, Bahavalpur, Kotli və Müzəffərabad şəhərlərində mülki əhalini, o cümlədən qadın və uşaqları hədəf almasını, eləcə də bir məscidə hücum etməsini insanlığa və beynəlxalq humanitar hüquqa zidd addım kimi qiymətləndirib. Onun fikrincə, bu qorxaq hücumlar güc deyil, vəhşilikdir.

BRISD sədrinin sözlərinə görə, Pakistan Silahlı Qüvvələri Hindistanın təxribatına cavab olaraq iki “Rafale” və bir “Su-30” döyüş təyyarəsini vurub, eləcədə bir kəşfiyyat pilotsuz uçuş aparatını məhv edib və Hindistan Ordusunun mühüm sektor qərargahlarından birini sıradan çıxarıb. Navab bu cavab tədbirlərini BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq Pakistanın qanuni özünümüdafiə hüququ kimi dəyərləndirib.

“Pakistan beynəlxalq hüquqa əsaslanaraq öz suverenliyini və vətəndaşlarını qorumaq hüququna malikdir. Əgər Hindistan növbəti təxribatlara əl atarsa, cavabımız daha sərt olacaq”, – deyə o xəbərdarlıq edib.

Q. Navab BMT-ni, İslam Əməkdaşlıq Təşkilatını, Şanxay Əməkdaşlıq Təşkilatını, Britaniya Birliyini və ümumilikdə beynəlxalq ictimaiyyəti Hindistanın bu aqressiv hərəkətlərinə biganə qalmamağa, sülhün və regional sabitliyin qorunması naminə təcili tədbirlər görməyə çağırıb.

“Beynəlxalq hüquqa əsasən, mülki əhalinin və dini obyektlərin hədəfə alınması ciddi cinayətdir. Dünya Hindistan hökumətini məsuliyyətə cəlb etməlidir”, – deyə o vurğulayıb.

Sonda o, Pakistanın sülhə sadiqliyini və eyni zamanda, ölkənin milli birliyini və müdafiə gücünü bir daha bəyan edib:

“Pakistan birlikdədir, qətiyyətlidir və hər qarış torpağını qorumağa hazırdır. Yaşasın Pakistan!”

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600