Qəza nəticəsində başı qopdu
YENICAG.AZ xəbər verir ki, Türkiyənin Aydın şəhərində dəhşətli hadisə baş verib. Beləki, səhərə yaxın yolu keçmək istəyən 81 yaşlı Mürüvvət Bölük adlı piyadanı avtomobil vurub. Hadisə nəticəsində onun başı bədənindən qopub. Aidiyyatı qurumların axtarışlarına baxmayaraq yaşlı qadının başı tapılmayıb.
Yol kənarındakı dəzgahında meyvə satan oğlu ,Hakan Bölüyün yanından yolun qarşısında yerləşən evinə getmək istəyərkən, qadını Aydın istiqamətinə hərəkət edən Cihan A.-nın idarə etdiyi avtomobil vurub.
Hadisəni törədən şəxs dərhal saxlanılıb. Yaxındakı kolluqların içi və ətrafı xüsusi avadanlıqlarla qazılıb, günorta radələrinə qədər davam edən axtarışlar heç bir nəticə verməyib. Buna baxmayaraq qadının başsız bədəni morqa aparılıb.
Faktla bağlı araşdırma davam edir.