Qəzada ölənlərin adları məlum oldu

media-hightechnic-468x90

imagesQaradağ rayonunda baş verən avtobus qəzası ilə bağlı cinayət işi başlanıb.

Baş Dövlət Yol Polisi İdarəsindən  verilən məlumata görə, Bakı-Qazax yolunun 19-cu kilometrliyində 1973-cü il təvəllüdlü Rafiq Kamran oğlu Səfərəliyevin idarə etdiyi mikroavtobusla, 1954-cü il təvəllüdlü Ələddin Şamil oğlu Allahverdiyevin idarə etdiyi yük avtomobili toqquşub.

Qəza zamanı mikroavtobusda olan sərnişinlər – 2009-cu il təvəllüdlü Ağgül Tural qızı Ərşadlı və 1997-ci il təvəllüdlü Veys Abdulla oğluı Abdullayev hadisə yerində ölüblər.

Baş verən qəza ilə bağlı 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarını pozma , iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Qəzada xəsarət alan 14 nəfər isə KliniK Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa