Qəzada sərnişin öldü, sürücü isə qaçdı

media-hightechnic-468x90

94474Gəncədə bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az qafqazinfo-ya istinadən  xəbər verir ki, Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə mayın 3-də saat 6 radələrində şəhərin Totanlı küçəsində qeydə alınıb.

Sürücüsünün şəxsiyyəti hələ ki, müəyyənləşməyən “VAZ- 21015” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və yolun kənarındakı divara çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişinlərdən biri, 1990-cı il təvəllüdlü Gəncə şəhər sakini, Məhəmməd Seyidəli oğlu Əzizov aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. Sürücü və avtomobildə olan digər sərnişinlər isə hadisə yerindən qaçıblar.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600