Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 31 mart soyqırımının 100 illiyi ilə əlaqədar konfrans keçirib.
Yenicag.az xəbər verir ki, konfransda QHT rəhbərləri, tanınmış alimlər, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.
Konfrans zamanı ermənilərin Azərbaycan vətəndaşlarına qarşı törətdiyi vəhşiliklər, hadisənin tarixi və əhəmiyyəti ilə bağlı çıxışlar olub.
Hadisənin dünyada tanıdılması ilə bağlı hesabat dinlənilib və bununla bağlı aparılacaq işlər müzakirə edilib.
Səxavət Məmməd
Fotolar: Cəmalə Əlizadə
www.yenicag.az