Reklam: High Technic
hightechnic

"Qırmızı körpü"də bədbəxt hadisə: Gizir öldü, yaralananlar var - FOTO

Qırmızı Körpü sərhəd-keçid məntəqəsində bədbəxt hadisə baş verib.

Yenicag.az xəbər verir ki, gürcüstanlı sürücü yoxlanış zamanı idarə etdiyi iri həcimli yük maşınının mühərrikini söndürməyib. Onun diqqətsizliyi nəticəsində İran İslam Respublikasına məxsus yük maşını öz-özünə hərəkət edib. Bu zaman adı hələlik açıqlanmayan gizir maşını saxlamaq istəsə də, buna nail olmayıb. O, maşının altında qalaraq keçinib.

Bundan başqa bir neçə insanın yaralandığı, maşınların əzildiyi bildirilir.

Hadisə yerinə FHN-in əməkdaşları və təcili tibbi yardım maşınları cəlb olunub.

Faktla bağlı araşdırma davam edir.

www.yenicag.az

13543