!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Qızıl medalı xalqımıza həsr edirəm" - İslamiadanın qalibi

!Reklam – Yazi

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycana qızıl medal qazandıranlardan biri də Mahir Əmiraslanov oldu.

Yenicag.az xəbər verir ki, 57 kq. çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda qazaxıstanlı Jandos İsmayılova 5:4 hesabı ilə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qazandığı uğurla bağlı saytımıza açıqlama verən İsmayılov, qələbəni Azərbaycan xalqına həsr etdiyini bildirib:

“İslamiada çox yüksək səviyyədə təşkil olunub. Azarkeşlərin dəstəyi bizə əlavə güc verir. Yarımfinalda türkiyəli güləşçidən ehtiyat edirdim. Çünki qızıl medalı əldə vermək istəmirdim. Finalda isə Qazaxıstan idmançısı ilə qarşılaşdım. Onunla bir dəfə də görüşmüşdüm. Bolqarıstanda qarşılaşanda rəqibimi 11:0 hesabı ilə məğlub etmişdim. Bu dəfə də istəyimə çatdım. Qazandığım medalı xalqımıza həsr edirəm. Əsas hədəfimiz olimpiya oyunlarıdır. Hər bir idmançının arzusu olimpiya çempionu olmaqdır. Ancaq qarşıda bizi dünya çempionatı gözləyir. Əlimizdən gələni edəcəyik ki, qazandığımız uğurlarla xalqımızı sevindirək”.

Yenicağ.az

COP29

www.yenicag.az

938
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv