Beynəlxalq Valyuta Fondunun (BVF) yeni hesabatı növbəti qlobal böhranın siqnalı kimi qiymətləndirilir.
Yenicag.az BBC-yə istinadən xəbər verir ki, BVF-nin yeni hesabatında dünya iqtisadiyyatında artım tempinin azalması riskinə dair xəbərdarlığın açıqlanmasından qısa müddət sonra ABŞ və Asiyanın əsas birjaları bağlanıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp da kotirovkaların aşağı düşməsinə münasibət bildirərək, yerli bank tənzimləyicisinin “dəli olduğunu” deyib.
Son bir gündə ABŞ-ın “S&P 500” korporasiyasının indeksi 3,3, “Dow”nun analoji göstəricisi isə 3 faiz düşüb. Həmçinin “Nasdq” da 4 faiz dəyər itirib. Qeyd olunur ki, Moskva birjasında da kotirovkalar sürətlə aşağı düşməkdədir.
ABŞ birjalarının ardınca Asiya birjalarında da ciddi ajiotaj yaranıb. Yaponiya nəhəngi “Nikkei”in səhmləri 4, Honkonqun “Hang Seng” korporasiyasının səhmləri isə 3,5 faiz ucuzlaşıb. Bu, son ilyarımda ən yüksək ucuzlaşma göstəricisidir.