Qlobal hadisələr qızıla da “TOXUNDU”: “Qarşıdakı aylarda...”

media-hightechnic-468x90

Əmtəə bazarlarında qızılın bahalaşması sürətlə davam edir. Son geosiyasi hadisələr fonunda qızılın qiyməti 48 dollardan çox artıb. Bahalaşma Azərbaycanın qızıl bazarına da birbaşa təsir göstərib və nəticədə zərgərlik məmulatlarının qiymətində yüksəlmə müşahidə olunur.

Qiymətli metallar və qiymətli daşlar üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov Yenicag.az açıqlamasında qiymətli metalın qiymətində kəskin artımının əsas səbəblərini şərh edib.

media-8b817032-8157-35f5-9639-57fcfc2f961e

O, qızılın qiymətlərindəki dəyişikliklərin ABŞ-nin ticarət siyasəti və beynəlxalq geosiyasi gərginliklərlə bağlı olduğunu vurğulayıb:

“Aprel, mayı aylarında qızılın qiymətində dəyişikliklər baş verdi. Qiymətlərdə enmə və qalxmalar müşahidə olundu. Hazırda qiymətlər 3.400 dollar civarındadır. Keçən ayda təkrar qiymətlərdə qalxma baş verdi və 3.500 dollara qədər yüksələndən sonra təkrar enmə müşahidə olundu. Bu da yenə həmin hadisələrlə əlaqədardır. Bu da ABŞ Çin arasında “tarif müharibələri”, rüsumlarla bağlı olan dəyişikliklərlə bağlıdır”.

Qarşıdakı aylarda qiymətin durumuna gəlincə, Əmircanov bunun baş verəcək hadisələr fonunda bəlli olacağını bildirib.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600