!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal istiləşmə REKORD HƏDDƏ – Alimlər həyəcan təbili çalır

!Reklam – Yazi

İqlim dəyişikliyi nəticəsində qlobal istiləşmə getdikcə sürətlənir.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, BMT-nin Nyu-Yorkda keçirilən toplantısında qlobal istiləşmənin əlamətləri və təsirlərinin sürətləndiyi məlum olub. Ümumdünya Meteoroloji Təşkilatı (WMO) tərəfindən hazırlanan məlumatda göstərilir ki, 2014-cü ildən 2019-cu ilədək olan beş illik dövr ərzində qlobal istilik rekord həddə çatıb.

Eyni zamanda, dəniz səviyyəsinin qalxması əhəmiyyətli dərəcədə sürətlənib. Son illərdə iqlim dəyişikliyi nəticəsində artan istiləşmənin səbəbləri və təsiri ilə əlaqədar yeni elmi araşdırmaların nəticəsi bəlli olub. Araşdırmanın nəticəsinə görə, karbon tullantılarının artmasının nəticəsidir ki, 2015 və 2019-cu illər arasında atmosferə gedən qazın miqdarı əvvəlki beş ilə nisbətən 20% artıb.

Lakin ən çox narahat edən məsələ dəniz səviyyəsinin qalxması ilə bağlı məlumatlardır. 1993-cü ildən bu günə qədər orta artım tempi ildə 3,2 mm-dir. 2014-cü ilin mayından 2019-cu ilə qədər artım ildə 5 mm-ə qədər yüksəlib.

Samirə Əliyeva

COP29

www.yenicag.az

2815
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv