!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qlobal savaş fonunda “bəhanə”yə ehtiyacı qalmayan Azərbaycan – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Uyğun statistika aparılsa, dünyada son 30 ildə ən çox sülhdən danışılan, intensiv sülh danışıqlarının aparıldığı regionun Cənubi Qafqaz olduğu görünəcək. Nəticə? Bildiyimiz kimi, danışıqlar aparılsa da, son nəticəni silahlar müəyyən etdi. Hazırda da ən çox sülhdən danışılan region yenə Cənubi Qafqazdır. Kimin nə danışmasından və nədən danışmasından asılı olmayaraq, bu regionda tarix boyu heç nəyi danışıqlar həll etməyib. Bu bölgədəki tarazlığı hər zaman diplomatlar yox, sərkərdələr nizamlayıb.

Hazırda Ermənistanla Azərbaycanın tərəf olduğu proseslərdə sülh yenə də ən çox istifadə olunan məfhumdur. Tərəflər sülh sözündən nə qədər çox istifadə etsələr də, bir-birinə etibar etmirlər. Ona görə də silahlanmanı dayandırmır, ordu quruculuğu ilə bağlı işləri genişləndirirlər. Bunu hər iki ölkənin ordusunda aparılan islahatlar da təsdiqləyir. Burada heç gizli mənbələrə də ehtiyac yoxdur, açıq qaynaqlar hər şeyi ortaya çıxarır. Eyni zamanda, hər iki ölkənin lideri də ordunun güclənməsinin vacibliyini vurğulayır.

Regionda sülh üçün imkanlar var? Bəli, mümkünsüz heç nə yoxdur. Ancaq məsələ ondadır ki, bu sülhü kim nə qədər istəyir? Böyük güclərin regiona təsir imkanları sülh dönəmində daha çox olur, yoxsa gərginlik fazasında? Hesab edirəm ki, bu region üçün ən önəmli olan bu sualın cavabıdır. Çünki regionun geosiyasi əhəmiyyəti hədsiz dərəcədə böyükdür. Məsələ regionun kommunikasiya planında önəmindən getmir.

Cənubi Qafqaz üç imperiyanın – indiki adlarla Rusiya, İran və Türkiyənin kəsişməsində yerləşir. Həm sözügedən ölkələrin bu region uğrunda əsrlərdir davam edən mübarizəsi, həm də bu üç ölkəyə təsir etmək istəyən Qərbin regionda təmsilçilik iddiası var. Dolayısı ilə asanlıqla bu regionda sülhün olacağı gözlənilən deyil. Bu prosesdə Azərbaycan tərəfi vasitəçisiz sülh təklif edir. Rəsmi Bakının bunu istəməkdə əsaslandığı amillər son dərəcə məntiqlidir və reallıqları əks etdirir.

Ancaq qarşı tərəf bunu istəyirmi? İddia edə bilərəm ki, normal yaşamaq istəyən hər bir erməni bunu istəyər, arzulayar. Lakin diqqət etdikdə görərik ki, Ermənistanla Azərbaycan arasında çox ciddi fərqlər var. Birincisi, Azərbaycanın bu günə qədər imzaladığı enerji daşıyıcıları ilə bağlı müqavilələr ona geniş manevr imkanları verir. Eyni vaxtda Ukraynaya humanitar yardım edə və Rusiya ilə xoş münasibət saxlaya bilir. Lakin rəsmi İrəvanın belə bir şansı yoxdur. Ermənistan yönünü azacıq dəyişən kimi tarazlıq dərhal pozulur.

Bu ölkənin ərazsində Rusiyanın üç hərbi bazası var, Avropa İttifaqının (Aİ) humanitar missiyası fəaliyyətdədir – yeri gəlmişkən, o missiya da hərbiləşdirilir – həmçinin Fransanın hərbi bazasının qurulması ehtimalı böyükdür. Azərbaycan ərazisində isə nə işlə məşğul olduqlarını və olacaqlarını bilməyən məhdud sayda Rusiya sülhməramlıları var. Bu tip nüansların sayını artırmaq da olar. Yəni Ermənistanın müstəqil qərar vermək şansı Azərbaycanla nisbətdə çox aşağıdır, hətta deyərdim, arada uçurum var.

O baxımdan, regionda sülhün olacağı və yaxud müharibənin alovlanacağına dair qərarı bu tərəflər verməyəcək. Hər nə qədər müharibənin olmasını istəməsək də, region potensial müharibə ocağı kimi göstərilir. Xüsusilə Zəngəzur dəhlizi istiqamətində toqquşmanın olma ehtimalı yüksək qiymətləndirilir. Məsələ təkcə dəhliz də deyil. Dünyadakı münaqişə ocaqları yenidən alovlanmaqda davam edir. Burada tarixi torpaqlar tezisi əsas bəhanə, yaxud faktor kimi önə çıxarılır.

Müasir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisidir. Dolayısı ilə Cümhuriyyətin malik olduğu sərhədləri bərpa etmək əsas istinad ola bilər. Başqa sözlə, dünyanı gözləyən böyük müharibə fonunda bəhanə axtarmağa da ehtiyac qalmayacaq. Ermənistan üçün Qarabağı yenidən işğal etmək, Azərbaycan üçün isə tarixi torpaqlarını geri qaytarmaq prioritetə çevriləcək.

Azərbaycan ordusunda görülməsi zəruri olan işlər az deyil. Bəlkə də, çoxları düşünürdü ki, müharibədən sonra ordunun şəxsi heyətinin sayı azaldılacaq, peşəkar ordu modelinə keçiləcək. Ancaq tam əksini görürük. Məsələn, artıq rüşvətlə “neqodnı” statusu almaq çox çətinləşib, hərbi xidmətdən qanunsuz yolla yayınmağın qarşısı ciddi şəkildə alınır. Eyni zamanda, zabitlərin məcburi xidmət müddəti daha 5 il artırılıb. Düzdür, burada kadr çatışmazlığı əsas faktor sayılsa da, dövlət bu addımı atdı. Bundan əlavə, ordunun elit bölmələrinin sayı 2 dəfədən çox artırılıb. Hesab edirəm ki, özünə təhlükə görməyən, gözləməyən ölkə hərbi tədbirlərini bu qədər artırmaz. Sülhdən nə qədər çox danışılsa da, müharibə ehtimalı ondan az deyil.

COP29

www.yenicag.az

2754
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv