!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşusunun evindən 4000 manatlıq oğurluq edən şəs saxlanıldı

!Reklam – Yazi

Siyəzəndə 4000 min manatlıq oğurluq hadisəsini törədən keçmiş məhkum saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, aprelin 3-də Bakı şəhər sakini Gülçin Əmiraslanov Siyəzən RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsuz Zarat kənd ərazisində yerləşən evindən ümumi dəyəri 4270 manat olan 1 ədəd qaynaq aparatı, 1 ədəd kondisioner mühərriki, 1 ədəd otbiçən maşının mühərriki, 480 metr elektrik naqili, xalça, su mühərriki və müxtəlif məişət əşyaları oğurlandığı barədə məlumat verib.

Məlumatla əlaqədar Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla aparılan axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Araşdırmalarla onun həmin kənd sakini əvvəllər məhkum olunmuş Şərafəddin Fərzəliyev olduğu məlum olub. Dindirilmə zamanı o törətdiyi cinayəti etiraf edib, evdə yaşayış olmadığından istifadə edərək oğurluğu törətdiyini bildirib.

Faktla bağlı Siyəzən RPŞ-nin istintaq bölməsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

COP29

www.yenicag.az

1177
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv