Qubada baş verən yol qəzası ölümlə nəticələndi

media-hightechnic-468x90

Quba rayonunda yol qəzasında xəsarət alan qadın ölüb.

Yenicag.az xəbər verir ki, hadisə bu il noyabrın 28-də qeydə alınıb.

Belə ki, 1960-cı il təvəllüdlü Səhər Hacıyevanın müalicəsinin davam etdirilməsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Quba-Qusar yolunun rayonun Qırmızı Qəsəbə ərazisindən keçən hissəsində MAN markalı yük avtomobili qarşıdan gələn “Lada-Priora” markalı minik maşınının üstünə çıxıb. Nəticədə “Lada” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər ağır dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırma aparılır./Report/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600