Qubada və Siyəzəndə eyni gündə yanğın

media-hightechnic-468x90

51678Quba və Siyəzəndə yanğın hadisəsi qeydə alınıb.

Quba rayonu, Digah kəndində vətandaşa məxsus ümumi sahəsi 72 kv.m olan birmərtəbəli 2 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin  yanar konstruksiyaları 40 kv.m sahədə və dam örtüyü qismən yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 23:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Daha bir yanğın isə Siyəzən rayonu, Böyük Həmyə kəndində “Elektrikşəbəkə” ASC-nə məxsus gücü 180 kVt olan trasformatorun yağı və sarğıları yanıb. Yanğından yaxınlıqdakı tikililər mühafizə olunub.

Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.(qafqazinfo.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600