Qubernator Azərbaycan xalqını təbrik etdi

media-hightechnic-468x90

25f37b7c87b021ef5ad87b7805585850ABŞ-ın Kaliforniya ştatının qubernatoru Cerri Braun Azərbaycan Demokratik Respublikasının yaranmasının 97-ci ildönümü münasibətilə Azərbaycan xalqını və Kaliforniyadakı Azərbaycan icmasını təbrik edib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan verilən məlumata görə, qubernatorun Baş Konsulluğa göndərdiyi təbrik məktubunda Azərbaycanın zəngin tarixə malik olduğu və Kaliforniyadakı Azərbaycan icmasının, eləcə də bütün dünyada yaşayan azərbaycanlıların öz mədəniyyətləri ilə fəxr etdikləri bildirilib. Qubernator qeyd edib ki, Respublika Günü Azərbaycan icması üçün böyük önəm daşıyır. O, belə bir günün qeyd olunmasının Kaliforniya mədəniyyətinə və müxtəlifliyinə töhfələr vermiş ənənələrin qorunmasına xidmət etdiyini bildirib və Kaliforniya ştatı adından Azərbaycan xalqını və Kaliforniyada yaşayan bütün azərbaycanlıları təbrik edib.

Demokratlar Partiyasını təmsil edən C.Braun 2011-ci ildən Kaliforniyanın qubernatorudur. O, bundan öncə – 1975-83-cü illərdə də eyni vəzifədə çalışıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600