!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qurban bayramı ilə əlaqədar Bakıda yarmarkalar təşkil olunacaq

!Reklam – Yazi

Sentyabr ayının 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bu il yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisələrində (DKTİM MMC-lər) yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurbanlıq heyvanların satışı aşağıdakı ünvanlarda təşkil olunacaq:

Nərimanov rayonu

– Əliyar Əliyev küçəsi 26 Keşlə bazarının yanı;

Xətai rayonu

– “Nargilə” kafesinin yanı;

Səbail rayonu

-Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8 ( Parkın yanı )

Yasamal rayonu

– Şərifzadə küçəsi 196 “İdeal” şadlıq sarayının həyəti.

Yenicag.az

COP29

www.yenicag.az

2723
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv