Qurban bayramında Bakıya gətirilən bütün heyvanlara nəzarət ediləcək

media-hightechnic-468x90

thumb_qoyun_1764_466Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə əlaqədar monitorinqlərə start verib.

Bu barədə SalamNews-a DBX-nin mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Qurum sözcüsü bildirib ki, artıq bugündən ət kəsim məntəqələlərində gecə monitorinqi də həyata keçiriləcək: “Eyni zamanda bayramla əlaqədar Noldulyar dermatit xəstəliyi riski olan rayon kəndlərindən Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsinə icazə verilməyəcək. Heyvanlar sağlam ərazilərdən gətiriləcək. Bu işə bilavasitə DBX əməkdaşları nəzarət edəcək. Mal-qara yoxlanıldıqdan sonra məntəqələrdə satışına və ya kəsilməsinə razılıq veriləcək”-deyə Y. Xanvəli söyləyib. O, eyni zamanda qeyd edib ki, Qurban bayramında iribuynuzlu heyvanın kəsilməsinə heç bir qadağa qoyulmayacaq. Qeyd edək ki, bu il Qurban bayramı 4-5 oktyabr tarixlərində qeyd olunacaq. (az.salamnews.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600