Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Qurban Qurbanov dünya çempionu oldu

Reklam: Sinerji Pro

Yunanıstanın paytaxtı Afinada yeniyetmə güləşçilərin Dünya çempionatı davam edir.

Yenicag.az xəbər verir ki, ikinci yarış günündə yunan-Roma güləşi üzrə 42, 46, 69, 76 və 85 kq çəki dərəcələrində pəhləvanlar mübarizəyə qoşulub.

42 kq çəki dərəcəsində mübarizə aparan Qurban Qurbanov İtaliya və Namibiyadan olan rəqiblərini mübarizədən kənarlaşdırdıqdan sonra yarımfinalda Rusiya idmançısına da qalib gəlib və çempionatın finalına vəsiqə qazanıb. Gərgin keçən həlledici görüşdə Ukrayna idmançısına qalib gələn Qurban Qurbanov Dünya çempionatının qızıl medalını qazanıb.

46 kq-da yarışan Nihad Məmmədli də Qırğızıstan, Türkiyə və Rusiyadan olan rəqibləri üzərində qələbə qazanaraq finala yüksəlib. Ancaq final görüşündə Ukrayna təmsilçisinə uduzan güləşçimiz gümüş medalla kifayətlənib.

Beləliklə, yeniyetmələrin Dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Yığma komandamız çempionatı 1 qızıl və 2 gümüş medalla başa vurub.

42 kq
FİNAL – Hennadi Zavertailo (UKR) – Qurban Qurbanov 4:5
1/2 final – Aleksey Vlasov (RUS) – Qurban Qurbanov 1:6
1/4 final – Qurban Qurbanov – Hafeni Festus Asino (NAM) 8:0 (26 san.)
1/8 final – Qurban Qurbanov – Daniel Dimitrov Pramatarov (İTA) 5:3

46 kq
FİNAL – Nihad Məmmədli – Vladislav Kuzko (UKR) 0:3
1/2 final – Ənvər Allahyarov (RUS) – Nihad Məmmədli 2:6
1/4 final – Nihad Məmmədli – Mukremin Aktaş (TUR) 4:1
1/8 final – Nihad Məmmədli – Baktiyar Akberdiyev (KGZ) 5:0

69 kq
1/16 final – Fikrət Vəliyev – Sora Taniguchi (JPN) 3:7

76 kq
1/8 final – Baisar Evloev (RUS) – Eldar Məmmədov 11:1

85 kq
1/8 final – Laçın Vəliyev – Mikita Heurasiou (BLR) 1:4
1/16 final – Tigran Hambardzumyan (ARM) – Laçın Vəliyev 5:8

www.yenicag.az

1887