Qusarda avtomobil piyadanı vurub

media-hightechnic-468x90

загруженное (2)Qusar rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Müxtədir küçəsi 126 ünvanında qeydə alınıb.

24 yaşlı Qusar sakini Qalib Pirəliyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 55 yaşlı Şərqiyə Talıbovanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Qəzaya yüksək sürətin səbəb olduğu ehtimal edilir.

Faktla bağlı Qusar rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600