!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qusarda “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” - mövzusunda tədbir keçirildi - FOTO

!Reklam – Yazi

Media və Mülki Cəmiyyət İctimai Birliyi iyulun 25-də Qusar şəhərində yerləşən Gənclər Mərkəzində ictimai müzakirə keçirib. İctimai müzakirə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanın tolerantlıq və multikulturalizm ənənəsi” adlı layihəsi çərçivəsində baş tutub.

Yenicag.az xəbər verir ki, layihənin rəhbəri, Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri Xanoğlan Əhmədov tədbiri giriş sözü ilə açaraq layihə barədə məlumat verib.

X.Əhmədov bildirib ki, layihə üzrə fəaliyyətlər Xaçmaz, Qusar, Qusar, rayonlarında həyata keçirilir. Layihə rəhbərinin sözlərinə görə, Azərbaycan xalqı çoxəsrlik tolerantlıq ənənələrinə malikdir, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Çoxkonfessiyalı və çoxmillətli Azərbaycan hazırda da bu ənənələrə sadiqdir.

Tədbirdə AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi,  filologiya üzrə fəlsəfə doktoru, dosent Zəkulla Bayramlı mövzu ilə bağlı geniş məruzə edib. Onun sözlərinə görə, ölkəmizdə mövcud olan tolerant və multikultural dəyərlər milli həmrəyliyimizin möhkəmləndirilməsində önəmli rol oynayır.  Azərbaycanın etnik coğrafiyası tarixən rəngarəng olmuş və tarixin bütün  mərhələlərində milli azlıqlara qarşı diskriminasiya, etnik-dini ayrı-seçkilik faktı qeydə alınmamışdır. Ölkəmizdə yaşayan bütün milli azlıqlar – ləzgi, talış, avar, saxur, rus, gürcü, kürd, Axıska türkləri, udin, yəhudi, tat, lahıc və s. Azərbaycanın rəngarəng spektrini əhatə edir.

Qusar rayon İcra Hakimiyyətinin nümayəndəsi Kamran Sədullayev çıxışı zamanı qeyd etdi ki, Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu sülh, əmin-amanlıq şəraitində yaşayıblar və bu gündə yaşamaqdadırlar. Müxtəlif xalqların adət-ənələrinə, dininə hörmətlə yanaşmaq xalqımızın milli keyfiyyətindən, humanizm dəyərləri və birgəyaşama mədəniyyətindən irəli gəlir. Etnik qrupların sülh şəraitində yaşamasına yaradılan şərat multikulturalizmin Azərbaycan modelinin göstəricisidir. Bu gün ölkəmizin bütün guşələrində olduğu kimi əhalisinin əsas hissəsi ləzgilərdən ibarət olan Qusarda da qeyri-xalqların və dinlərin nümayəndələri qarşılıqlı anlaşma şəraitində vahid ailə kimi yaşayırlar və Azərbaycan xalqı kimi çoxəsrlik tolerantlıq ənənələrinə malikdir. O, daha sonra bildirdi ki, bu gün Azərbaycanda tolerantlıq və multikultiralizm ənənələrinin qorunmasına dövlət başçısı tərəfindən böyük diqqət var. Hətta ən ucqar məkanda belə etnik qrupların icmaları fəaliyyətdədir və bunu dövlətin qayğısı kimi yüksək dəyərləndirmək lazımdır.

AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Mirzə Ənsərli çıxışında bildirib ki, Qusar rayonunda müxtəlif dinlərin, etnosların yaşamasına baxmayaraq bu gün bu bölgə Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələrini yaşadan bölgələrdəndir. Burada tarixən bütün etnoslar arasında münasibətlər sağlam zəmində qurulmuşdur. Həmişə deyirik ki, Azərbaycan böyük, rəngarəng xalçadır, burada yaşayan müxtəlif xalqlar da bu xalçanın çeşnisi, ilməsi və naxışlarıdır. Ona görə də, bu rəngarəngliyi əbədi qorumaq lazımdır”.

Tədbirdə digər çıxış edənlər də Azərbaycandakı tolerantlıq mühitindən, dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların dini etiqad azadlığının təmin olunmasından, dövlətin dini konfessiyalara münasibət və qayğısından danışıblar.

COP29

www.yenicag.az

256
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv