Qusarda əmək yarmarkası keçirilib

media-hightechnic-468x90

thumb_1_135Qusarda 2010-2013-cü illəri əhatə edən Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramı çərçivəsində 400 nəfərdən çox şəxs işlə təmin olunub.

Bu barədə Qusar rayon Məşğulluq Mərkəzinin direktoru Sultanəhməd Eldarov məlumat verib. Onun sözlərinə görə, xüsusən gənclərin işlə təmin olunması proritet məsələlərdəndir.

Qusarda aktiv məşğulluq tədbirlərindən sayılan əmək yarmarkası da keçirilib. Tədbirin rəsmi hissəsində çıxış edənlər yarmarkanın məqsədindən söz açıblar. Bildirilib ki, yarmarkanin təşkil olunmasında məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək, işəgötürənlərlə işaxtaranlar arasında əlaqə yaratmaqdır. Məhz bunun nəticəsidir ki, son 3 ildə 400 müraciətin 320-si işlətəmin olunub. Bu yarmarkada isə vətəndaşlara ümumilkdə 290 boş iş yeri təklif olunub. 32 idarə və müəssisənin qatıldığı yarmarkada 3 nəfər fiziki şəxs də iştirak edib. Boş iş yerlərinin əksəriyyəti “Şahdağ” Qış Yay turizm kompleksi tərəfindən təqdim olunub.Yarmarkada təklif olunan iş yerlərinin 103-ü ixtisas tələb edən peşələrdir. Təqdim olunan iş yerlərinə əmək haqqı 105-850 manat arasında dəyişib. Əmək yarmarkasında iştirak edən vətəndaşlar da tədbirn təşkilini yüksək qiymətləndirirlər. Onlar belə yarmarkaların mütamadi olaraq keçirilməsi istəyindədirlər.Əmək yarmarkasının sonunda 65 şəxsə göndəriş verilib. Rayon məşğulluq mərkəzindən verilən məlumata görə, gələcəkdə də bu kimi yarmarkaların təşkili nəzərdə tutulub. (salamnews.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600