Qusar rayon sakini Şəhla Əmirəliyevanın üçəm körpələri dünyaya gəlib.
Yenicag.az xəbər verir ki, körpələrdən ikisi qız, biri oğlandır.
Quba Regional Perinatal Mərkəzin direktoru Şəhla Həsənova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, vaxtından əvvəl doğulan uşaqlara müvafiq tibbi yardım göstərilməsi üçün mərkəzin səyyar qrupu gecə saatlarında Qusar Rayon Mərkəzi Xəstəxanasına ezam olunub. Körpələr Qubaya gətirilib.
Yeni doğulan körpələr bir sutka küvezdə saxlanılıb. Hazırda gənc ananın və uşaqların vəziyyəti kafidir. Bu, Şəhla Əmirəliyevanın ilk hamiləliyi olub. (Azərtac)
www.yenicag.az