Quterreş nüvə silahı ilə bağlı çağırış səsləndirdi

media-hightechnic-468x90

BMT-nin Baş katibi Antonio Quterreş dünya ölkələrini nüvə tərksilahı istiqamətində səyləri sürətləndirməyə çağırıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə o Nüvə Silahının Yayılmaması haqqında Müqavilənin icrasının nəzərdən keçirilməsi üzrə 11-ci konfransın açılışında bildirib.

“Hələ çox gec deyilkən: gəlin nüvə silahı ətrafındakı kollektiv “amneziya”nın (yaddaş itkisi) öhdəsindən gələk. Birlikdə olduğumuz zaman nələrə nail ola biləcəyimizə inamımızı yeniləyək. Gəlin bəşəriyyətin üzərində qalmış bu buludu dağıtmaq üçün təcili hərəkətə keçək”, – Quterreş deyib.

Qeyd edək ki, Nüvə Silahının Yayılmaması haqqında Müqavilə üzrə konfrans BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilir. Beş ildə bir dəfə keçirilən bu tədbir sözügedən sazişin üç əsas istiqaməti: yayılmama, nüvə tərk-silahı və atom enerjisindən dinc məqsədlərlə istifadə üzrə necə yerinə yetirildiyini qiymətləndirmək üçün müqavilənin iştirakçısı olan demək olar ki, bütün ölkələri (191 dövləti) bir araya gətirir./Report/

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05