Qvineyada dövlət çevrilişinə cəhd – Prezident saxlanıldı

Qvineya Respublikasında dövlət çevrilişinə cəhd edilib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verib ki, hərbçilər Qvineyanın paytaxtı Konakridə prezident sarayının qarşısındadır. Konakrinin şimalından hökumət sarayına, prezident sarayının yerləşdiyi yerə gedən yeganə avtomobil yolu əsgərlər tərəfindən blokadaya alınıb.

Çevriliş cəhdinin arxasında xüsusi təyinatlılar qrupunun nümayəndələri dayanır. Qrupa əvvəllər Fransa xarici legionunda xidmət etmiş polkovnik Mamadi Dumbuya rəhbərlik edir.

Son məlumata görə, çevrilişə cəhddə iştirak edən 25 hərbçi saxlanılıb.

Bundan əvvəl Konakrinin hökumət məhəlləsində atışma səslərinin eşidildiyi barədə məlumat yayılmışdı.

***

Qvineyada qiyam qaldıran hərbçilər Prezident Alfa Kondeni saxlayıb.

Çevrilişə cəhd edən xüsusi təyinatlıların başçısı polkovnik Mamadi Dumbuyanın əlində Qvineyanın digər vəzifəli şəxsləri də var

***

Qvineyada hakimiyyəti ələ keçirməyə çalışan qiyamçılar ölkə konstitusiyasının ləğvi və parlamentin buraxıldığını elan edib.

Üsyançıların rəhbəri Mamadi Dumbuya ölkə sərhədlərinin bağlanıldığını bildirib.