“Bir dəfə də olsun onun ürəkdən güldüyünü görmədim. O dərdini özüylə məzara apardı”.
Bunu bu gün doğum günü olan Xalq artisti Rafiq Hüseynovla bağlı xatirələrini bölüşərkən tanınmış diktor Ofeliya Sənani Yenicag.az-a açıqlamasında deyib.
“Rafiqin yeri çox görünür. Çox sevilən diktor idi, bütün xalq onu sevirdi. Həm yaraşıqlı idi, həm də mükəmməl səsi vardı. Yadımdadır ki, Rusiyada onu telekanallara dəvət etmək üçün küllü miqdarda məvacib təklif edirdilər. Amma o, dəvətlərin heç birini qəbul etmədi. Çünki Azərbaycana çox bağlı insan idi”.
O, Sənani Rafiq Hüseynovun nakam arzusunu lk dəfə olaraq dilə gətirib:
“Elə əvvəldən həyat onu heç sevindirmədi. Çox erkən vaxtlarda övlad acısı yaşamışdı. 17 yaşlı oğlunun itkisini bir an da olsun yadından çıxarmırdı. Yəni bu adamı bir dəfə də olsun ürəkdən gülən görmədik.
Ağır xəstə olan vaxtlarında biz onun ziyarətinə getmişdik. Keçmiş həyat yoldaşı Roza Tağıyeva da bizimlə bərabər idi. O, Rozaya xahiş etdi ki, icazə ver məni oğlumun yanında dəfn etsinlər. Amma Rozadan səs çıxmadı. Çünki oğlunun yanında bir məzar yeri var idi, onu da Roza özü üçün saxlayıb. Buna görə məcbur qalıb Rafiqi başqa yerdə dəfn etdilər. O, son arzusunu da özü ilə məzara apardı. Heyf Rafiqdən, efirlərin bəzəyi idi. İndi yeri çox görünür”.
Cəvahir
www.yenicag.az