!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Rakuv”dan “Qarabağ"a İLK HÖRMƏTSİZLİK: "Ona görə biz onları məğlub etməliyik" - PROQNOZ

!Reklam – Yazi

“Bugünkü oyunda Qarabağın minimal hesablı qələbə qazanacağını, ən azı heç-heçə etmək şansının olduğunu düşünürəm”.

Bu sözləri “Qarabağın “Rakuv”a qarşı rəqib meydançada keçirəcəyi görüşü və komandaların ümumi vəziyyətini dəyərləndirən idman jurnalisti Ağa Dadaşzadə Yenicag.az-a açıqlamasında qeyd edib:

“Bildiyimiz kimi “Rakuv” Polşanın komandalarından biridir. Artıq “Rakuv” “Qarabağ”a qarşı ilk hömətsizliyi etdi.

Belə ki, bu gün baş tutacaq oyun “Qarabağ”ın adına layiq olmayan stadionda keçiriləcək ki, buna bir növ qəsəbə stadionu demək olar. Hətta demək mümkünsə, bu tipli stadiondan Azərbaycanda belə yoxdur. “Çempionlar Liqası”nın təsnifat mərhələsi və “Avro kubok”lar üçün uyğun şəraitdə deyil.

Rəqib komandanın vəziyyətinə gəldikdə isə, klub olaraq oyunçular istirahətdən qayıda bilməyiblər. Oyun ərzində ötürmələr zamanı anlaşılmazlıqlar var. Yeni transferlər hələ ki, komandaya uyğunlaşmaqda çətinlik çəkirlər.

“Qarabağ”da situasiya tamam əks vəziyyətdir. Q.Qurbanov peşəkarlığı sayəsində qısa zamanda yeni transferlərlə vəziyyəti komandamızın xeyrinə dəyişməyi bacarıb.

Mənzərəyə ümumi nəzər saldıqda “Rakuv” keçiləsi rəqib hesab olunur. Bugünkü oyunda Qarabağın minimal hesablı qələbə qazanacağını, ən azı heç-heçə etmək şansının olduğunu düşünürəm.

Q.Qurbanovun oyun planına gəldikdə, qısa oyunun ötürmələr vasitəsilə komandamızın nəzarəti altında keçməsinə, qol buraxmamağa hədəflənən bir matç keçməsini hədəfləyir. Qısaca, fikrimcə, mərhələni keçən tərəf “Köhlən atlar” olacaq. Biz “Rakuv”u məğlub etməliyik və edəcəyik də, mən buna 90 faiz əminəm”.

Jurnalist, həmçinin Qarabağın transferlərlə yaşadığı problemlərdən də söz açıb:

“Komandamız istər “Çempionlar Liqası”, istərsə də “Avro Liqa”nın ilk iki mərhələsini keçməyə borcludur. Əgər bu gün illərdir “Qarabağ” kimi nəticələr göstərmiş bir klub adıçəkilən mərhələni keçə bilməzsə, demək, komandanın vəziyyəti heç də ürəkaçan deyil.

Qeyd etmək lazımdır ki, üçüncü təsnifat mərhələsində də sürpriz komandalar düşə bilir. Necə ki, artıq “Neftçi”nin növbəti mərhələdə qarşılaşacağı komanda böyük ehtimalla “Beşiktaş” olacaq.

“Qarabağ”a da növbəti rəqib olaraq Avropanın adlı-sanlı klublarının düşməyəcəyinə heç kim zəmanət verə bilməz. Bax, o zaman klubda yeni transferlərə ehtiyac duyulacaq.

“Qarabağ” rəhbərliyi bu məsələyə laqeyd yanaşır. Açıq şəkildə demək lazımdır ki, klubun bütün yükü Qurban Qurbanovun çiyinlərindədir.

Qurban bəy olmazsa, “Qarabağ” klubu yox səviyyəsində olar. Bu gün bu şəxsin sayəsində adıçəkilən klubumuz irəliyə doğru addımlayır.

Bizim Mançester klublarının, “Bayern Leverkusen” və s. kimi klubların qarşısına çıxacaq futbolçularımız yoxdur.

Əldə etdiyimiz futbolçular da baş məşqçinin şəxsi skautları hesabınadır. Üçüncü mərhələdə “əjdaha”yla üzləşdikdə, onda vəziyyətin nə yerdə olduğunu anlayacağıq. Biz o zaman “Qarabağ”ın gücünün nə yerdə olduğunu görəcəyik”.

Yusif Səmədzadə

www.yenicag.az

779
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv