!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramil Həsən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri ilə görüşdü

!Reklam – Yazi

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Hüseyn Böyükfıratla görüşmüşdür.

Görüş çərçivəsində Vətən savaşında canlarını fəda etmiş şəhidlərimiz və onların ailə üzvləri yad edilmiş, şəhidlərimizə rəhmət və yaralılara şəfalar dilənmiş, qazilərimizə can saglığı arzu edilmişdir.

Daha sonra Ramil Həsən Hüseyn bəyə Azərbaycanın başlamış olduğu II Qarabağ Vətən savaşında qardaş Türkiyənin bu çətin və şərəfli tarixi günlərdə vermiş olduğu hər bir dəstəyə görə bir daha təşəkkürlərini ifadə eləmişdir. Ali Baş Komandan, cənab prezident İlham Əliyev başda olmaqla, xalqımızın bütün çətinliklərin öhdəsindən uğurla gələcəyini və Azərbaycan-Türkiyə qardaşlığının hər iki ölkənin prezidentləri, cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin başçılığı altında uğurla davam edəcəyinə əminliyini ifadə eləmişdir. Ucar rayonundan seçilmiş millət vəkili olaraq, Ramil Həsən rayonun problemlərinin həlli istiqamətində  hökümətin və dövlətin atmış olduğu uğurlu sosial-iqtisadi layihələr barədə məlumat vermiş, görüşdə dövlətimizin şəhidlərimiz və onların ailələrinə, yaralılara və qazilərə böyük diqqət göstərdiyini xüsusilə vurğulamışdır.

Qarşılıqlı fikir mübadiləsi əsnasında H.Böyükfırat öz növbəsində Ramil Həsənə dəvəti qəbul edib görüşə gəldiyi üçün təşəkkür etmiş və Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu, o cümlədən dövlət başçılarının bilavasitə liderliyində iki ölkənin münasibətlərinin günü-gündən gücləndiyini bildirmişdir. Qarabağ savaşında, həm də bundan sonrakı proseslərdə Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını ifadə etmişdir. Həmçinin bu istiqamətdəki müzakirələr zamanı Hüseyn bəy Türkiyədən bir çox xeyriyyə quruluşlarının, şəxsən özünün birbaşa xeyriyyə aksiyalarında aktiv iştirak elədiyini, bunu xeyirsevən insanların mənəvi borc olaraq bildiyini, şəhid ailələrimizə, yaralılara və qazilərə bundan sonra da dəstək vermək niyyətini və arzusunu ifadə etmişdir.

Ramil Həsən belə bir təşəbbüsə qoşulduğuna görə Hüseyn bəyə xüsusi təşəkkürünü ifadə eləmiş və qərara alınmışdır ki, Ucar rayonunda şəhid ailələrimizin, qazi və yaralılarımızın ailələrinə müəyyən istiqamətdə dəstək məqsədilə xeyriyyə aksiyası baş tutsun. Dövlət başçımızın və  birinci Vitse-prezident Mehriban Əliyevanın Vətən müharibəsi yaralıları ilə görüşdə  çağırışına səs verərək, millət vəkili belə bir xoş məramlı təşəbbüslə çıxış eləmiş və xeyirxah iş adamları, o cümlədən Hüseyn Böyükfırat bu prosesə dəstək vermişdir. Hal-hazırda aksiya artıq başlanmışdır, Ucar rayonundakı şəhid ailələri, yaralı və qazilərimizin ailələrinə müvafq istiqamətdə dəstək  həyata keçirilir. Dövlətimizin siyasətinə uyğun olaraq xeyriyyə tədbirləri gələcəkdə də davam etdiriləcəkdir.

Orxan Vahidoğlu, “İki sahil”

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv