Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"Ramil Şeydayevin Azərbaycan millisini seçməsi axmaqlıq idi" - Vasili Utkin

Reklam: High Technic

“Ramil Şeydayevin Azərbaycan millisini seçməsi axmaqlıq idi”.

Yenicag.az xəbər verir ki, bu fikri Rusiyanın məşhur futbol şərhçisi Vasili Utkin səsləndirib.

“Moskvanın səsi” radiosunun efirində danışan Utkin “Zenit”in yetirmələrindən söz açıb. O, bu barədə danışarkən Ramil Şeydayevin Azərbaycan millisini seçməsinə də münasibət bildirib:

“Zenit” öz resurslarına ümumiyyətlə baxmır. Biz müxtəlif formalarda bunun şahidi oluruq. Məsələn, milliyətcə azərbaycanlı olan Ramil Şeydayevi xatırlayın, hansı ki, sonda elə Azərbaycan vətəndaşlığını qəbul etdi. Türkiyədə oynamağa cəhd göstərdi. Əla mərkəz hücumçusu idi. Düzdür, onun Azərbaycan millisini seçməsi və Türkiyəyə getməsi də axmaqlıq idi. Təklifləri olsa da, “Zenit”də qala bilərdi. Bütün bunlar mənə qəribə gəlir”.

Qeyd edək ki, 2013-2016-cı illərdə “Zenit”in həm əvəzedici, həm də əsas komandasında çıxış edən Şeydayev ötən mövsümü icarə əsasında “Qarabağ”da keçirmişdi. 22 yaşlı forvard hazırda “Krılya Sovetov”da forma geyinir.

www.yenicag.az

1876
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM