Xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəyli bu gün Türkiyəyə yola düşüb. Aktyor qardaş ölkədə müayinə və müalicə olunacaq.
Bu barədə Yenicag.az-a aktyorun qızı Xədicə Əzizbəyli açıqlama verib.
“Atam müayinə üçün Türkiyəyə gedib. Anam da onunla bir yerdədir. Hələlik, hansı xəstəxanada müalicə alacağını deyə bilmərəm. Müayinə və analizlərin cavabından sonra atamın vəziyyəti barədə nəsə demək mümkün olacaq”.
Bəs görəsən xalq artisti əməliyyat olunacaqmı? Bu suala Xədicə xanımın cavabı belə oldu:
“Yox, əməliyyat olunmayacaq, çünki bu, onun həyatı üçün təhlükəlidir. Bilirsiniz ki, o, insultdan əziyyət çəkir. Əl və ayaqlarının işləməsi üçün müalicəyə ehtiyacı var. Sadəcə olaraq, fizioterapiya keçmək üçün Türkiyəyə gedir. Hələ təyyarə İstanbula enməyib. İnşallah, atam sağalar”.
Xatırladaq ki, Ramiz Əzizbəyli bir neçə ildir ki, insultdan əziyyət çəkir və evdə həkim nəzarəti altında müalicə olunur. Onun qardaş ölkədəki müalicə xərclərini Türkiyənin məşhur tibb şirkətlərindən biri öz üzərinə götürüb.
Cəvahir
Yenicag.az
www.yenicag.az