!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ramiz Mehdiyev adlı “REABİLİTASİYA TRAMPLİNİ”: “Fürsətcil insanlar hər zaman belə davranır” - Elşad Musayev

!Reklam – Yazi

“İndi Mehdiyevin üzərinə gedənlərin çoxu onun sayəsində yüksək mövqe və status əldə etmiş şəxslərdir”.

Elşad Musayev

Bu fikirləri Yenicag.az-a açıqlamasında Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin adı ətrafında cərəyan edənlərə münasibət bildirən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

BAP sədrinin sözlərinə görə, Ramiz Mehdiyev haqqında danışanların və onun barəsində heç nə deməyənlərin öz səbəbləri var:

“Real baxsaq, bu məsələ indi günndəmin əsas mövzularından biridir. Müraciət edildikdə, biz də bu barədə fikirlərimizi demişik, əvvəldən məlum olan mövqeyimizi bir daha ortaya qoymuşuq.

Bildiyimiz kimi, sovet idarəetmə sistemini Azərbaycana oturtmuş Mehdiyevə münasibətimiz hər zaman birmənalı olub, onu həmişə tənqid etmişik. Bu tənqidlərin də kökündə bir-birinə əks dünyagörüşünə malik olmağımız dayanır.

Amma əlbəttə, Mehdiyevi kampaniya və konyuktura xətrinə tənqid edənlər də çoxdur. Maraqlısı budur ki, indi Mehdiyevin üzərinə gedənlərin çox onun sayəsində yüksək mövqe və status əldə etmiş şəxslərdir. Onlar sadəcə, hakimiyyətə xoş gəlmək və mövqellərini itirməmək üçün belə canfəşanlıq edirlər. Fürsətcil insanlar hər zaman belə davranır.

Üçüncü kateqoriyaya malik siyasətçilər isə bu vəziyyətdə Mehdiyevin nə lehinə, nə də əleyhinə heç nə demirlər. Susanların bir hissəsi Rusiyapərəst olduğunu hamının bildiyi Mehdiyevlə eyni əqidəni daşıdıqları üçün səslərini çıxarmırlar.

Mehdiyev barəsində səsini çıxarmayanların digər qismi isə “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə hərəkət edirlər. Yəni onlar gözləyirlər ki, hakimiyyətdaxili tərəflər öz aralarında gedən mübarizədə bir-birilərini zəiflətsinlər. Ancaq yenə deyirəm, milli-demokratik düşərgədə qərarlaşan siyasi təşkilatların Mehdiyevə münasibəti həmişə birmənalı olub”.

Aqil Bəkir

www.yenicag.az

1332
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv