Ramiz Mehdiyevin kürəkəni toy qalmaqalından sonra ilk dəfə görüntüləndi - Lüks avtomobildə / FOTO

media-hightechnic-468x90

Eks-deputat, AMEA prezidentliyindən istefa verən Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev uzun müddət sonra ilk dəfə görüntülənib.

Yenicga.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, Bakının məşhur hotellərindən birinin qarşısında 10-YY-040 dövlət qeydiyyat nişanlı “Rolls Royce” avtomobilini idarə edib.

Qeyd edək ki, İlham Əliyevin sürdüyü 10-YY-040 dövlət qeydiyyat nişanlı avtomobil “Kaspian Telekom” MMC-yə məxsusdur. Bu şirkətin qanunu təmsilçisi Orxan Əliyevdir. O.Əliyev isə İlham Əliyevin qardaşı Fikrət Əliyevin oğludur.

Xatırladaq ki, keçmiş deputat İlham Əliyev 2020-ci ildə sərt karantin zamanı övladına toy etməsi ilə gündəmə gəlmişdi. Həmin ilin avqustun 22-də Abşeron Rayon Məhkəməsi İlham Əliyev və qudası Rövşən Mustafayevin 15 sutka müddətinə inzibati qaydada həbs olunması barədə qərar qəbul etmişdi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600