Rayonlarda sürüşmə əraziləri aktivləşdi - VİDEO

media-hightechnic-468x90

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşmələrini artırıb.

Yenicag.az Xəzər TV-yə istinadən məlumat verir ki, Şəki şəhərində, Tolstoy küçəsində torpaq sürüşməsi qeydə alınıb. Sürüşmədən sonra ərazidəki evlər üçün təhlükəli vəziyyət yaranıb. Evlərin divarlarında iri çatlar əmələ gəlib.

Şəki Rayon İcra Hakimiyyətindən bildirilib ki, Teyyub Salman oğlu Məmmədovun yaşadığı evin yerləşdiyi ərazidə torpaq sürüşməsinin baş verməsi ilə bağlı müraciətinə yerində baxış keçirilərək tədbirlər görülməsi üçün aidiyyəti üzrə müraciət edilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) və Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin (ETSN) nümayəndələrinin iştirakı ilə əraziyə baxış keçirilərək müvafiq akt tərtib edilib.

Ətraflı süjetdə:

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600