Regionda dəyişən BALANSLAR: İrəvan yeni tərəf SEÇİR?

media-hightechnic-468x90

“Həmin səfəri regionda baş verən proseslər fonunda Ermənistanın mövqeyi kimi də qiymətləndirmək olar”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

media-samirhumbatov1

O, Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə səfəri çərçivəsində Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesinin detallarından söz açıb.

Politoloq bildirib ki, uzun müddətdir bu sahədə sakitlik olsa da, son günlər verilən açıqlamalar canlanmanın yarandığını göstərir.

“Xüsusilə İran-İsrail münaqişəsi fonunda məsələ daha da gündəmə gəlir və aktivləşir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri planlaşdırılıb. Həmin səfər çərçivəsində Qarabağ münaqişəsindən sonrakı mərhələdə Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi müzakirə mövzusu ola bilər”.

Müsahibimiz əmindir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, yəqin ki, Paşinyana “münaqişə bitib, razılaşmısınız, buyurun, danışıqlar masasında məsələni həll edin” deyəcək:

“Həmçinin müəyyən razılaşmaları da tələb edə biləcək. Paşinyanın tarixdə ilk dəfə hansısa məsələni gündəmə gətirmədən birdən-birə Türkiyəyə səfəri adi hal kimi dəyərləndirilə bilməz. Bunun arxasında mütləq ki, səbəb var. Həmin səfəri regionda baş verən proseslər fonunda Ermənistanın mövqeyi kimi də qiymətləndirmək olar. Həmçinin Ermənistan kimin tərəfini seçəcək məsələsini də yaddan çıxarmaq olmaz”.

Onun sözlərinə görə, perspektivdə sülh varsa, müharibə də var:

“Yəni nə qədər ki sülh müqaviləsi imzalanmayıb müharibə riski mövcuddursa, eynilə də sülh perspektivi də burada var. Hazırda hər şey istədiyimiz kimi yolundadır, yaxud pisdir deyə bilmərik. Tərəflərin istəyinə uyğun olaraq proseslər dəyişə bilər”.

Nəsimi Ələsgərli

 

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600