“Regionun taleyi regionda həll olunmalıdır” – Bakı-Ankara sinxronluğu YENİ MƏRHƏLƏDƏ

media-hightechnic-468x90

“İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

media-whatsapp-gorsel-2025-06-19-saat-20-59-31_a333f8d4

Deputat Azərbaycan və Türkiyə arasındakı münasibətlər və Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyə səfəri haqqında öz fikirlərini bölüşüb:

“Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün qarşı tərəf rəsmi Bakının şərtlərini yerinə yetirməlidir. Söhbət Ermənistan Konstitusiyasının dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvindən gedir. Azərbaycan tərəfi bu mövqeyində haqlıdır. Çünki bu şərtlərin yerinə yetirilməsi uzunmüddətli sülhün təminatı olacaq. Ermənistanın Baş naziri Nikol Paşinyanın Türkiyəyə səfərinə gəlincə, bəyanatlardan, davranışlardan aydın görünür ki, İrəvan Ankara ilə münasibətlərin normallaşmasında maraqlıdır”.

Millət vəkili bir daha Ermənistanın diqqətinə çatdırıb ki, Türkiyə ilə münasibətləri qaydasına salmaq üçün mütləq Azərbaycanın sülh şərtlərinə əməl etməlidir:

“Paşinyan dərk etməlidir ki, Azərbaycanla münasibətlər normallaşmadan Türkiyə ilə əlaqələrin istiləşməsi mümkün olmayacaq. Rəsmi Ankara dəfələrlə bu mövqeyi bəyan edib. Sülh müqaviləsinin imzalanması isə mütləq regionda baş tutmalıdır. Kənar qüvvələrin prosesə müdaxiləsi yolverilməzdir. Çünki bu vaxta qədərki təcrübə də təsdiqlədi ki, kənar qüvvələr öz maraqlarını güdür və bu bölgədə sülhün təmin olunmasında maraqlı deyil. Azərbaycan Prezidentinin də söylədiyi kimi, regionun taleyi regionda həll olunmalıdır. Sülh müqaviləsinin imzalanması üçün məkan Türkiyə və ya Gürcüstan ola bilər. Amma yenə də təkrar edirəm, Azərbaycanın şərtləri mütləq yerinə yetirilməlidir. Yalnız bundan sonra sülh müqaviləsinin imzalanması mümkün ola bilər”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600