Rəhimpur Bakıya gəlir

media-hightechnic-468x90

83047İranın xarici işlər nazirinin müavini İbrahim Rəhimpur sabah Azərbaycana səfər edəcək.
Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin bildirib.

Onun sözlərinə görə, səfərin əsas məqsədi İran prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən səfəri ilə bağlı bəzi məsələləri müzakirə etməkdir.

Səfər zamanı İ.Rəhimpur Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovla görüş keçirəcək.

Görüşdə ikitərəfli əlaqələrin genişləndirməsi, iqtisadi məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana noyabrın 12-də səfər etməsi nəzərdə tutulur. (trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600