Rəis müavininin oğlu avtobus sürücüsünü döydü, həbs olundu - Azərbaycanda

media-hightechnic-468x90

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Novruzəli Orucovun oğlu yenidən həbs olunub.

media-banner_tuq

Əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də yenidən saxlanılıb.

Belə ki, Rüstəm Orucov 10-OG-300 nömrəli, BMW markalı avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub.

Bu zaman 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədov ona irad bildirib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib ki, Rüstəm Orucov avtobus sürücüsünün iradına cavab olaraq onu döyüb.

Xatırladaq ki, R.Orucov 2014-cü ildə piyadanı vuraraq hadisə yerindən qaçdığına görə 4 il azadlıqdan məhrum edilib.

Cəza müddətinin 1/3 hissəsini çəkdiyinə görə R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxıb.

İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə o, həbs olunub.

Yenicag.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05