Rəis vəzifəsindən kənarlaşdırıldı

media-hightechnic-468x90

Maliyye nazirliyiAidiyyəti orqanların həyata keçirəcəyi araşdırmaların nəticəsindən asılı olaraq Nazim Məlikovun əmək fəaliyyəti ilə bağlı qərar veriləcək

Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılıb.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Şəmkir rayonunda məişət zəminində baş vermiş hadisənin obyektiv araşdırılması üçün nazir Samir Şərifov avqustun 7-də müvafiq əmr verib. Həmin əmrə əsasən Maliyyə Nazirliyinin Şəmkir rayonu üzrə Maliyyə İdarəsinin rəisi Nazim Məlikov müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılıb.

Aidiyyəti orqanların həyata keçirəcəyi araşdırmaların nəticəsindən asılı olaraq N. Məlikovun əmək fəaliyyəti ilə bağlı qərar veriləcək.

Qeyd edək ki, hadisə avqustun 4-də Şəmkir rayonunda qeydə alınıb. Şəmkir rayon Maliyyə İdarəsinin rəisi Nazim Məlikov şəxsi münasibətlər zəminində rayonun Düyərli kənd bələdiyyə sədrinin müavini, 1953-cü il təvəllüdlü Zakir Tağıyevə bıçaqla xəsarət yetirib. Yaralı dərhal rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, Zakir Tağıyevə tibbi yardım göstərilib.

Hazırda onun vəziyyəti normaldır.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.

media-ziraat-728x90

Rəis vəzifəsindən kənarlaşdırıldı

media-hightechnic-468x90

lkoSiyəzən Rayon Polis Şöbəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.

Siyəzən RPŞ-nin rəisi Nizami Əlirzayev Daxili İşlər Nazirliyinin keçirdiyi kompleks yoxlamalar nəticəsində vəzifəsindən azad edilib.

Lakin N.Əlirzayevin konkret hansı fakta görə işdən çıxarıldığı açıqlanmır.

Siyəzən rayon prokuroru Murad Kazımov faktı təsdiqləyib(ans).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600