Rəisin keçmiş müavini həbs edildi

media-hightechnic-468x90

55112af156593419b0fd4af1Türkiyənin İstanbul şəhərində 29 polis əməkdaşı yaxalanıb.
Yenicag.az aznews.az -a istinadən xəbər verir ki, bu haqda məlumatı “f5haber” saytı yayıb.

Məlumata görə, ələ keçirilən polislər “paralel dövlət” qurmaq maddəsilə ittiham edilir.

İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər Bürosu bu haqda cinayət işi açıb.

Tutulanlar arasında İstanbul polis rəisinin keçmiş müavini Mahir Çakallı, İstanbul Mütəşəkkil Cinayətlərlə Mübarizə Şöbəsinin keçmiş müdiri Nəzmi Ardıçın da olduğu deyilir.

Ələ keçirilənlərin casusluq, sənəd saxtalaşdırma, qanunsuz dinləmə, şəxsi məlumatları əldə etmə maddələri ilə də ittiham olunacağı gözlənilir.

aznews.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600