Renat Dadaşovun komanda yoldaşı itkin düşdü

media-hightechnic-468x90

Azərbaycan millisinin üzvü Renat Dadaşovun çıxış etdiyi Türkiyə I Liqa təmsilçisi “Ankaragücü”nün futbolçusu Renaldo Sefas yoxa çıxıb.

Yenicag.az xəbər verir ki, məşqlərə qatılmayan yamaykalı hücumçu ötən gün I tur çərçivəsində qarşılaşdıqları “Şanlıurfaspor” oyununun iştirak ərizəsində yer almasına baxmayaraq stadiona gəlməyib.

Paytaxt təmsilçisinin baş məşqçisi Cihat Arslan baş verənləri təsdiqləyərək futbolçunun harada olmasından xəbərsiz olduqlarını bildirib.

Qeyd edək ki, dünən I Liqanın ilk turunda “Şanlıurfaspor”la üz-üzə gələn “Ankaragücü” 2:0 hesabı ilə qələbə qazanıb. Yığmamızın üzvü Renat Dadaşov 67-ci dəqiqədə oyuna daxil olub və 9 dəqiqə sonra komandasının ikinci qoluna imza atıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600