Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Rəşad Sadiqov: "İndiyədək heç kimlə pul söhbəti etməmişəm"

Reklam: Sinerji Pro

“Qəbələ”nin futbolçusu Rəşad Sadiqovun klubdakı gələcək taleyi sual altındadır.

Yenicag.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçinin başa çatan müqaviləsinin müddəti hələ də yenilənməyib.

Saytımıza açıqlama verən Sadiqov “Qəbələ”dən ayrılacağı ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib:

“Hər dəfə mətbuatdan oxuyuram ki, guya “Qəbələ” mənə az məbləğ təklif edib, buna görə də, komandadan ayrılıram. Heç kimdən çəkinəcəyim yoxdur, yalan da danışmıram. Mənə hələ təklif olmayıb, söhbət etməmişik. Bu vaxta kimi “Qəbələ” ilə imzaladığım heç bir müqavilədə pul söhbəti etməmişəm. Özləri qiymət deyib, qol çəkib getmişəm. Odur ki, belə söz-söhbətləri eşidəndə bir az pis oluram. İslamiada ilə əlaqədar, yeni müqavilə məsələsini danışmamışdıq. Yəqin ki çağırarlar, söhbət edərik. Çağırmasalar da, canları sağ olsun”.

Maraqlıdır, görəsən, Sadiqova başqa klublardan təklif varmı? Təklif aldığını deyən futbolçu qərar verməkdə tələsmədiyini bildirib:

“Bəli, almışam. Amma ilk növbədə, “Qəbələ” ilə danışacam. Çünki tez-tez, 6 aydanbir komanda dəyişməyi xoşlamıram. Başqasından az məbləğ olsa da, “Qəbələ”də qalmağa çalışacam.

Emin Səfərov
Yenicag.az

www.yenicag.az

384