Rəşad Sadıqovdan gözlənilməz qərar - ÖZƏL

media-hightechnic-468x90

Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov şok qərar qəbul edib.

Yeniçağ.Az-ın əldə etdiyi özəl məlumata görə, təcrübəli müdafiəçi baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandasından istefa verəcək.

Ancaq hələlik istefanın səbəbləri bəlli deyil.

Qeyd edək ki, məşqçiliyə Ağdam təmsilçisinin U-19 komandasında başlayan Sadıqovun çalışdırıcı kimi debütü uğurlu alınıb. O, elə ilk ildən sözügedən komandanı Azərbaycan çempionu etməyi bacarıb.

Maraq üçün onu da bildirək ki, kapitan PRO kateqoriyalı məşqçi kurslarına da qatılıb.

EMİN SƏFƏROV

Yeniçağ.az

 

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600