Rəşid Mahmudovdan kəndliləri təhqir edənə sərt cavab: “Rayon camaatı şəhərə gələnə qədər…”

media-hightechnic-468x90

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov sosial şəbəkədə kənd camaatını təhqir edən “Bakı Metropoliteni”nin marketinq şöbəsinin direktoru Lalə Babayevanın fikirlərinə münasibt bildirib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Rəşid Mahmudov sfera.az-a açıqlamasında Lalə Babayevanın gənc olduğu üçün düşünmədən bu cür aşağılayıcı fikirlər söylədiyini bildirib:

“Rayon camaatı şəhərə gələnə qədər buradakılar quş uçururdu, ayaqyalın tinlərdə dayanırdı və sairə bu cür işlərlə məşğul olurdular. Ümumiyyətlə, kəndli-şəhərli ayrı-seçkiliyi salmaq yolverilməzdir. Bu cür fikirlər cəmiyyəti parçalamağa yönəlmiş təxribat xarakterli hərəkətlərdir. Kəndçiliyə qalsa, ən böyük kəndçi özüməm. Amma mən heç zaman kəndli-şəhərli söhbəti etmərəm. Hamımız azərbaycanlıyıq, vəssalam!”.

R.Mahmudov insanları bu cür həssas məsələlərdə diqqətli olmağa çağırıb.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05