Bir çox restoranlarda qanun boşluqlarından istifadə edərək müştərilərdən “rezervasiya depoziti” tələb edilməyə başlanılıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə bəzi restoranlar qanun boşluqlarından istifadə edərək müştərilərdən “rezervasiya depoziti” tələb etməyə başlayıb.
Qeyd olunur ki, bir sıra ictimai iaşə obyektləri hər şəxs üçün 500 TL (24.04 AZN) kimi sabit məbləğ istəyərkən, digərləri müəyyən edilmiş menyu qiymətinin tam ödənişini tələb edir.
Məlumat üçün deyək ki, restoranlar xərcləmə limitləri müəyyənləşdirmək və sosial media hesablarına əsasən, müştəri seçmək kimi mübahisəli tətbiqlərdən sonra artıq rezervasiya üçün depozit tələb edirlər. Əvvəllər yalnız xüsusi günlərdə tələb edilən rezervasiya isə indi adi günlərdə də tələb edilir.
Xatırladaq ki, sözügedən tətbiq restoranlarda müştəri və sahibkar arasında mübahisələrə səbəb olsa da, restoranlar bunu iqtisadi təminat və gəlir zəmanəti kimi izah etməyə çalışırlar.
Məsimə Məmmədova
www.yenicag.az